MDB dövlət başçıları Sankt-Peterburqda qurumun qeyri-rəsmi sammiti çərçivəsində Tsarskoye Selo muzey-qoruğunda olublar.
Azərbaycan Prezidenti İlham Əliyev də ekskursiyada iştirak edib.
Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putin tərəfindən Yeni il qabağı ənənəvi olaraq dəvət edilən MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb.
Sammitin ev sahibi Rusiya prezidenti Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan olan həmkarlarını danışıqlar masası arxasında deyil, Sankt-Peterburqun saray və park komplekslərini gəzərkən ünsiyyətə başlamağa dəvət edib.
Birlik ölkələrinin liderləri Pavlovsk Muzey-Qoruğunda olublar, sonra onlar Tsarskoe Selo və Peterqofda olacaqlar.