Infoteka.az
Sosial

Cənab Prezident nəyi necə və nə zaman edəcəyini yaxşı bilir

Azərbaycan son 250 illik tarixində məhz İlham Əliyevin rəhbərliyi altında ilk dəfə olaraq öz torpaqlarını işğaldan azad etməklə çox böyük uğurlar qazandı və bu gün də qətiyyətli addımlarla bu uğurlarını davam etdirməkdədir. Ümummilli Liderimizin dahi siyasətini layiqincə davam etdirən Ali Baş Komandanin rəhbərliyi ilə ordumuz BMT  Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamənin icrasını özü təmin edərək torpaqlarımzı işğaldan azad etmişdir. Lakin bu 30 illik işğal dövründə həm Azərbaycan xalqı, həm də Azərbaycan dövləti işğalın ağır nəticələri ilə üzləşmişdir. Belə ki, Ermənistan misli görünməmiş vəhşiliklərlə Azərbaycan əhalisinə qarşı soyqırım törətmiş, kənd və şəhərlərimizi, məscidlərimizi, mədəni-dini abidələrimizi məqsədli şəkildə dağıtmış, təhqir və talan etmişdir. İşğaldan azad olunmuş 2 kəndimizdə kütləvi məzarlıqların aşkar olunması, 3900-ə yaxın Azərbaycan vətəndaşının itkin düşməsi, onların əksəriyyətinin işgəncələrə məruz qalması, xüsusi amansızlıqla öldürülərək kütləvi məzarlıqlarda basdırılması Ermənistanın törətdiyi müharibə cinayətlərinin sadəcə bir qismidir. Ermənistan dövləti itkin düşən vətəndaşlarımızın taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməli, törətdiyi vəhşiliklərə görə cavab verməlidir. 30 illik İşğal dövründə  düşmən torpaqlarımızda 1 milyondan çox mina basdırmışdır. Bu səbəblə Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. 2-ci Qarabağ müharibəsinin bitməsindən keçən 2 il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olmuş və ya ağır yaralanmışdır. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə ərazilərimizin minalardan təmizlənməsi üçün 30 il və 25 milyard dollar lazımdır.

Bütün bu çətinliklərin öhdəsindən  təkbaşına gələrək, Azərbaycan öz resursları hesabına işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparmaqla keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdış prosesinə başlamışdır. Lakin cinyətkar Ermənistan dövləti  Qarabağ münaqişəsinin bitməsinə baxmayaraq təxribatlar törətməkdə davam edir. Buna görə də dövlətimiz sentyabr ayında baş vermiş sonuncu təxribatın qarşısını almaq məqsədilə qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur olmuşdur. Və bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın  hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

30 il ərzində işğaldan əziyyət çəkən əhalisinə qarşı soyqırım törədilən, şəhər və kəndləri viran edilən, məscidləri təhqir olunan Azərbaycan dövləti bu gün ədalətli bir sülhün tərəfdarıdır və Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edir. Məhz bundan sonra bölgədə kommunikasiyalar açıla, cənubi Qafqazda sülh və sabitlik bərpa oluna bilər. Bu baxımdan Azərbaycanın təklif etdiyi Zəngəzur dəhlizi Orta Dəhlizin önəmli hissəsini təşkil edəcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Təəssüf ki, işğalçı Ermənistan digər məsələlərdə olduğu kimi bu məsələnin icrasında da problem yaradır. Lakin çətinliklərə baxmayaraq Azərbaycan bu məsələnin həllində də mühüm irərləyişlər əldə etmişdir.

Bütün bu nailiyyətlər ölkəmizin cənab İlham Əliyevin rəhbərliyi altında sürətlə inkşaf etdiyini , xalqımızın və dövlətimizin daha parlaq bir gələcəyə sahib olacağını söyləməyə əsas verir. Məhz İlham Əliyevin apardığı uğurlu siayasətlə xalqımız 2 il bundan öncəyə qədər xəyal etdiyi Şuşanın bu gün Azərbaycanın mədəniyyət paytaxtı olmasına şahidlik edir. Çünki cənab Prezident nəyi necə və nə zaman edəcəyini yaxşı bilir.

 

 

Elşən Atakişizadə

Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini

Infoteka.az