Yakutiyada (Rusiya) göyərtəsində 34 nəfərin olduğu təyyarə uçuş-enmə zolağında deyiI, onun yaxınlığındakı donmuş çaya eniş edib.
Bu barədə regional operativ qərargah məlumat verib.
İlkin səbəb kimi ekipajın səhvi göstərilib.
“Polar Airlines” şirkətinə məxsus və göyərtəsində 30 sərnişin olan “An-24” təyyarəsi Yakutiyanın Zıryanka hava limanının uçuş-enmə zolağı yaxınlığında donmuş Kolıma çayına enib. Təyyarədə sərnişinlərdən başqa dörd ekipaj üzvü olub”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Baş verənlərlə əlaqədar Federal Hava Nəqliyyatı Agentliyinin ərazi şöbəsi yoxlama təşkil edib.
Mediada yayılan məlumata görə, pilotlar eniş zamanı uçuş-enmə zolağını görmədikləri üçün təyyarəni çaya endiriblər.