Avropa İttifaqı (Aİ) İranın 11 fiziki və 4 hüquqi şəxsinə sanksiya tətbiq edib.
İnfoteka.az xəbər verir ki, məlumatı TASS yayıb.
Bildirilib ki, Aİ xarici işlər nazirləri oktyabrın 17-də İrandakı vəziyyəti və etiraz aksiyalarının iştirakçılarına qarşı tətbiq edilən zorakılığı müzakirə ediblər.
Məlumata görə, sanksiya siyahısına İranın əxlaq polisinin başçısı da daxil edilib.