"Barselona"nın müdafiəçisi Jül Kunde "Fraternel Landiras" (Fransa) klubuna hədiyyə təqdim edib.
Bu barədə klubun saytı məlumat yayıb.
28 yaşlı yarımmüdafiəçi uşaq futbol komandasına mikroavtobus alıb. O, uşaqların oyunlara daha rahat getməsi üçün belə bir addım atıb.
Qeyd edək ki, Kunde 2022-ci ildən "Barselona"da oynayır. O, Fransa millisinin də üzvüdür. Kunde özü də "Fraternel Landiras"ın yetirməsidir.
İdman