Infoteka.az
İqtisadiyyat

Valyuta əməliyyatlarının vahid informasiya sistemi yaradılacaq

Azərbaycanda valyuta əməliyyatlarının vahid informasiya sistemi yaradılacaq.

Mərkəzi Bank (AMB) bununla bağlı “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”ni təsdiq edib. Qərara əsasən, informasiya sisteminə valyuta mübadiləsi əməliyyatları barədə məlumatlar 2024-cü il 1 mart tarixindən, Azərbaycandan kənara xarici valyutanın köçürülməsi əməliyyatları barədə məlumatlar isə 2024-cü il 1 iyul tarixindən təqdim edilməlidir.

Infoteka.az