Infoteka.az
Dünya

Bayden: "Ukraynadakı münaqişə NATO-nu təhdid edir"

Rusiya ilə Ukrayna arasındakı münaqişə digər ölkələrə də təsir edir. Xüsusilə, Şimali Atlantika Alyansı üçün təhlükə yaradır.

Bu fikri ABŞ Prezidenti Co Bayden deyib.

"Bu mübarizə Ukraynadan çox-çox kənara çıxır. Onlar bütün NATO-ya, Avropanın təhlükəsizliyinə və transatlantik münasibətlərin gələcəyinə təsir edir", - o, Ağ Evin saytındakı bəyanatında bildirib.

O, Rusiyanın bəzi NATO müttəfiqlərini təhdid etdiyini açıqlayıb. Bayden hesab edir ki, bu, öz növbəsində ABŞ-nin Ukrayna münaqişəsinə cəlb olunma şansını artırır.

Amerika lideri həmçinin bildirib ki, ABŞ vətəndaşları fəxr etməlidirlər ki, onların ölkələri Kiyev rejiminə kömək edir.

Infoteka.az