Infoteka.az
İdman

"Qalatasaray" - "Fənərbaxça" matçı ərəblərin qadağasına görə təxirə salındı

Türkiyə Superkubokunda "Qalatasaray"la "Fənərbaxça" arasında Səudiyyə Ərəbistanında keçiriləcəyi gözlənilən oyun təxirə salınıb.

Buna səbəb Səudiyyə Ərəbistanı hökumətinin klublara tətbiq etdiyi qadağa olub.

Komandalar meydana Mustafa Kamal Atatürkün şəkli olan köynəklərlə çıxmağı planlaşdırsa da, yerli hökumət buna qarşı çıxıb.  Həmçinin, oyundan əvvəl İstiqlal Marşının səsləndirilməsi də qadağan olunub. Klublar bu qadağanın olacağı halda meydana çıxmayacaqlarını bildiriblər.

Hər iki komandanın bu axşam Türkiyəyə dönəcəyi qeyd edilib.

Buna etiraz olaraq, “Fənərbaxça” və “Qalatasaray” azarkeşləri stadionda “Biz Mustafa Kamal Atatürkün Əsgərləriyik” şüarları səsləndiriblər. Bu zaman stadionun səsgücləndiricisindən ərəb musiqisi səslənib.

Qeyd edək ki, paytaxt Ər-Riyadda keçirilməsi planlaşdırılan  "Qalatasaray" - "Fənərbaxça" qarşılaşması Bakı vaxtilə saat 21:45-də başlamalı idi.

Infoteka.az