Ukrayna BMT Təhlükəsizlik Şurasına sədrlik edən Ekvadora təcili iclas keçirməklə bağlı müraciət edib.
Bu barədə Ukrayna diplomatiyasının rəhbəri Dmitri Kuleba özünün “X” hesabında yazıb:
“Ukrayna BMT-nin 30 üzvü ilə birlikdə BMT Təhlükəsizlik Şurasına sədrlik edən Ekvadora Rusiyanın ölkəyə raket hücumuna baxılması üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması xahişi ilə müraciət edib. Bu hücum çoxsaylı mülki itkilər və mülki infrastrukturun ciddi şəkildə məhv edilməsi demıkdir”, - deyə Kuleba qeyd edib.
Qeyd edək ki, ki, dekabrın 29-da Rusiya ordusu Ukraynanın Kiyev, Odessa, Dnepr, Xarkov, Xmelnits, Nikolayev və Lvov vilayətləri də kütləvi şəkildə raket atəşinə tutub.