Azərbaycanəsilli türk siyasətçi, ATA alyansından prezidentliyə keçmiş namizədi Sinan Oğan futbol üzrə Türkiyə Superkubokunun Xankəndi şəhərində keçirilməsini təklif edib.
Bu barədə siyasətçi paylaşımı rəsmi “X” hesabında edib.
Paylaşımda deyilir:
“Əgər mütləq xaricdə oynamaq istəyirsinizsə, “Xankəndi” stadionunu tövsiyə edirəm. Əks halda bu final paytaxta yaraşar ancaq!”