Infoteka.az
Siyasət

Ararat Mirzoyan Aİ-nin texniki qrupunun nümayəndələri ilə görüşüb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının (Aİ) İrəvanda səfərdə olan texniki qrupunun nümayəndələri ilə görüşüb.

Infoteka.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in tviter hesabında məlumat verilib.

Bildirilib ki, görüşdə Ermənistan XİN başçısı və Aİ-nin texniki qiymətləndirmə qrupu Ermənistan-Azərbaycan sərhədində yerləşdiriləcək Aİ monitorinq missiyasının iş üsullarını, hara yerləşdiriləcəklərini və digər detalları müzakirə ediblər.

Infoteka.az