Infoteka.az
Hadisə

Qırmızı dənizdə “Maersk” şirkətinin konteyner gəmisi raketlə vurulub

Danimarkanın “Maersk” şirkətinə məxsus “Hangzhou” konteyner gəmisi Qırmızı dənizin cənubunda atəşə tutulub, bir raket gəmiyə düşüb.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Məlumatına görə, xəsarət alan olmayıb və gəmi üzən vəziyyətdə qalıb. Dəymiş ziyanın miqdarı barədə məlumat verilmir.

Komandanlığın hesablamalarına görə, bu hücum noyabrın 19-dan bəri Qırmızı dənizdə üzən gəmilərə qarşı 23-cüdür.

Qeyd edək ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəmən husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər. Buna cavab olaraq ABŞ səlahiyyətliləri gəmilərin naviqasiya azadlığını və təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” əməliyyatına başlamaq niyyətlərini açıqlayıb.

Infoteka.az