Infoteka.az
Dünya

KİV: Bayden 2023-cü ilin üçdə birindən çoxunu tətildə keçirib

ABŞ prezidenti Co Bayden 2023-cü ilin üçdə birindən çoxunu tətil yerlərində keçirib.

Bu barədə “New York Post” məlumat verib.

Onun məlumatına görə, ABŞ lideri 138 gün (bütün ilin 37%-i) istirahət edib. Prezidentin sevimli istirahət yeri Delaverdəki iqamətgahı idi. Nəşrin qeyd etdiyi kimi, Bayden həmçinin Kemp Deviddə (Merilend), Karib dənizindəki Sent-Krua adasında (ABŞ Virciniya adaları) və Taho gölündə (Nevada) vaxt keçirib.

Infoteka.az