Yeni ildən Norveç rəsmi olaraq Ukraynaya bu ölkədən birbaşa silah almağa icazə verib.
Bunu xarici işlər naziri Espen Bart Eyde deyib.
"Biz qeyri-qanuni təcavüzkar müharibənin mümkün davamını planlaşdırmalıyıq. Buna görə də hökumət Norveç müdafiə sənayesindən Ukraynaya silah və müdafiə ilə bağlı məhsulların birbaşa satışına icazə vermək qərarına gəlib", - o izah edib.
Bildirilir ki, indi Norveçdəki şirkətlər Ukraynaya birbaşa silah satmaq üçün ixrac lisenziyası almaq üçün ölkənin Xarici İşlər Nazirliyinə müraciət edəcəklər.