Infoteka.az
Siyasət

Ərdoğan: “Ədalətsiz dünya nizamı son çırpınışlarını yaşayır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni illə bağlı videomüraciət edib.

Qardaş ölkənin lideri ədalətsiz və qeyri-sabit dünya nizamının son çırpıntılarını yaşadığına inandıqlarını söyləyib.

Ərdoğan Türkiyənin inkişafına mane olmaq istəyənlərin olduğunu bildirib:

“Bunun üçün terrordan, iqtisadi təzyiqlərə qədər müxtəlif vasitələrdən istifadə edirlər. Türkiyə məqsədlərinə çatmaq üçün heç vaxt qurban verməkdən çəkinməyib. Millətimiz həmrəylik göstərdikcə bizi kimsə parçalaya bilməz. Müxtəlif sahələrdəki uğurlarımızla dostlarımıza inam, düşmənlərimizə qorxu verməyə davam edəcəyik”.

Türkiyə lideri vurğulayıb ki, 2024-cü ilin ölkəsi üçün uğurlu olacağına inanır.

Infoteka.az