Infoteka.az
Dünya

Daha beş ölkə BRICS-ə qoşuldu

Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, İran və Efiopiya 2024-cü il yanvarın 1-də rəsmi olaraq BRICS qrupuna (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qoşulub.

Qeyd olunur ki, bu genişlənmə BRICS qrupunun artan əhəmiyyəti və təsir imkanları ilə əlaqədardır.

Qeyd edək ki, BRICS-ə 2024-cü ilin yanvarın 1-dən Rusiya sədrlik etməyə başlayıb.

Rusiyanın sədrliyi dövründə 10-u nazirlər səviyyəsində olmaqla 200-ə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.

Infoteka.az