Rusiyanın dekabrın 29-da Ukrayna paytaxtı Kiyevə kütləvi raket hücumu nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasından məlumat verilib.
Yanvarın 4-də Ukrayna Daxili İşlər Nazirliyinin Baş İdarəsinin məhkəmə-tibbi ekspertləri ölən iki nəfərin şəxsiyyətini müəyyən edə biliblər. Ukrayna paytaxtına raket hücumunda yaralananların sayı isə 30 nəfər təşkil edib.
Xatırladaq ki, dekabrın 29-da Rusiya Ukrayna ərazisinə kütləvi raket zərbələri endirib. Ukrayna hakimiyyəti bunun Rusiya ordusunun genişmiqyaslı işğala başlamasından bu yana ən böyük hücumu olduğunu bəyan edib. Yanvarın 1-i Kiyevdə matəm günü elan edilib.