Infoteka.az
Sosial

Biz milyonlarıq! Biz Azərbaycanıq!

Yaranmış tarixi epizodlara nəzər yetirsək, Azərbaycan dövlətçiliyinin son 30 ildə müstəqillik uğrunda necə mücadilə apardığının şahidi olarıq. XX yüzilliyin sonları Azərbaycan xalqının ən mürəkkəb, qanlı-qadalı, çoxsaylı faciələr dövrü idi. Ölkə həm xarici, həm daxili düşmənlərin əli ilə parçalanmaq durumunda idi. Vətənimizi bu fəlakətlərdən Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı xilas etdi. 1993-2003-cü illəri Heydər Əliyev dövrü adlandırsaq, daha doğru olar. İşğalcı Ermənistanın susdurulması, müvəqqəti ateşkəs rejimi, daxili sabitlik yaratmaq-yenicə müstəqillik qazanmış bir ölkə üçün asan deyildi. Ümummilli liderin vaxtilə söylədiyi bu qiymətli fikir: “Diplomatiya döyüş meydanı deyil. O əsl siyasətçidən böyük iradə, təmkin, səbir tələb edir. O zaman insan istədiyinə nail olur.”- cox illər sonra əsl gerçəkliyə çevrildi. Bu əzm və qətiyyət layiqli varis, Ali Baş Komandan, cənab İlham Əliyev tərəfindən davam etdirildi.

Bütün diplomatik görüşlərində, çıxışlarında sülhə üstünlük versə də, 2020-ci il 27 sentyabr da bu məsələ həqiqi həllini tapdı. Bu savaş 44 gün davam etsə də, dünya döyüş tarixinə qızıl hərflərlə öz imzasını atdı. Amma azadlığımızı, bütövlüyümüzü sevənlər olduğu kimi sevməyənlər də oldu. Bütün siyasi görüşlərdə İlham Əliyev onlara lazımi cavab verdi. Belə siyasi görüşlərdən biri də oktyabrın 6-da Praqada “Avropa Siyasi birliyinin” platforması çərcivəsində Fransa Prezidenti, Avropa İttifaqı şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidenti iştirak etdi.

Qəbul olunmuş qərara əsasən Ermənistan ərazisində Avropa İttifaqının 50 nəfərlik nümayəndəsi yerləşdiriləcək. Bu heyət guya sərhədlərin delimitasiyasında iştirak edəcək. Biz isə bir Azərbaycan ölkəsi olaraq buna razı deyildik. Çünki Minsk qrupu və Fransanın vasitəciliyi heç vaxt bu məsələnin həlli üçün çalışmadı. Xeyirindən çox ziyan gətirən “xidmət” bizə lazım deyildi. Azərbaycan tərəfi Avropa İttifaqının səylərini həmişə dəstəkləməsinə baxmayaraq bu görüşdən 1 həftə sonra Fransa Prezidenti yalan dolu təxribat xarakterli bəyanatlarını bütün mətbuat səhifələrində dərc etdirdi. Guya Azərbaycan Ermənistana qarşı görünməmiş təxribatlar aparıb. Vətənimizi dünya ölkələri içərisində nüfuzdan salmağa çalışıb. Bu münasibətlə 14 oktyabr 2022-ci ildə Atanada Müstəqil Dövlətlər Birliyi Dövlət başcıları şurasının iclası keçirildi. Bu iclasda gündəlikdə duran vacib məsələlər müzakirə olundu. Bu gündəmdə duran ən önəmli məsələlərdən biri də Azərbaycana və Azərbaycan dövlətciliyinə qarşı yönəlmiş növbəti təxribat xarakterli yazılar idi. Avropa mətbuatında yer olan lazımsız cızmaqaralar idi.

Çox hörmətli Prezidentimizə zirvə toplantısında söz verildi. Həmişə vüqarlı təmkinli olan İlham Əliyev həmkarları qarşısında sözə başladı. Bildirdi ki, Azərbaycan əraziləri 30 ilə yaxın erməni vandalları tərəfindən işğal edildi. Bu mövzunu MDB ölkələrinin müzakirəsinə cıxarıldı. Çünki bu münaqişəni nizama salmaq guya ATƏT-in Minsk qrupuna həvalə edilmişdi. Çox təəssüflər olsun ki, bu qurum məsələni həll etmək əvəzinə, onu dondurmuşdu. İlham Əliyev öz çıxışında dəfələrlə Ermənistanın işğalcı ölkə olmasından, minlərlə insan məhv etməsindən, yüzlərlə abidənin müzeyin, məscidin məhv edilməsindən danışdı. Minsk qrupu təəssüf ki, sadəcə gözdən pərdə asdı, hər görüş nəticəsiz qaldı, münaqişə həllini tapmadı. Bu baxımdan da, Azərbaycan beynəlxalq huquqa, BMT-nin özünümüdafiə hüququna uyğun olaraq 51-ci maddəyə əsasən Qarabağ məsələsini özü həll etdi. Bu maddəyə əsasən hər bir dövlət gücü daxilində münaqişəni həll edə bilər. İlham Əliyev həmkarlarına sentyabr ayında baş verən hadisələrin təfərrüatını danışarkən qeyd etdi ki, Azərbaycan-Ermənistan sərhəd ərazilərində sentyabr ayında silahlı toqquşmalar baş verdi. Azərbaycan əsgəri bu dəfə snayper və mina terrorunun qurbanına çevrildi. İkinci Qarabağ müharibəsi başa çatsa da, 250-dən çox vətəndaş mina qurbanı olub. Ermənistan istehsalı olan 1400 mina təkcə Laçın rayonu ətraf ərazilərdə basdırılıb. Bütün strateji yollar minalanıb. Bunlar Azərbaycan xalqının başına gələn son 1 aydakı müsibətlərdir, öz torpağında, öz ərazisində.

Hamıya məlumdur ki, bu vəhşiliyə yenə “böyük qardaşın”dan örnək olan Ermənistan təşkil etmişdi. Biz 30 il ərzində bu terror aktlarını, 2 mindən çox insanın günahsız qətlini az görməmişik. Möhtərəm İlham Əliyev öz çıxışında bir daha qeyd etdi ki, 10 min kvadratkilometr ərazidə 1 tikili belə qalmayıb. Müsəlmanların ibadətgah yeri olan məscidlərdə belə ən mundar heyvanları saxlayıb sanki bizə gözdağı verirdilər. Bunlar Azərbaycan xalqına olan nifrətin kulminasiya nöqtəsi deyilmi? Zəngilanda, Qubadlıda, Cəbrayılda Azərbaycanın qəhrəman oğulları bayrağımızı sancmağa bir tikili tapmamışdı. Fransa isə yenə öz manfur siyasətinə davam edir. Bundan yararlanan erməni vandalları və davamçıları Fransadakı səfirliyimizə təkrar-təkrar hücum edir. Diğər radikal güvvələr də bu missiyanı davam etdirdi: həm Livanda, həm də ABŞ-dakı səfirliyimizə qarşı təxribatlar törətdilər.

Müstəqil və azad Azərbaycanıma qarşı olan bu təxribatlar sadəcə bizi gözü götürməməkdir. Biz isə erməni təbliğatını və onu dəstəkləyən “böyük qardaşı” Fransanı birlikdə susduraq! Fransanın və Avropanın səsimizi eşitməsinin vaxtı gəldi!

Biz milyonlarıq! Biz Azərbaycanıq!

 

Həliməxanım Ələkbərova

Suraxanı rayonu 282 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən, təlim tərbiyə işləri üzrə direktor müavini

Infoteka.az