Məşhur müğənni Britni Spirs yeni albom hazırlaması haqda xəbərlərə son qoyub.
Amerikalı pop ulduz musiqiyə qayıtmaq fikrində olmadığını bildirib. O, bu barədə özü açıqlama yayıb.
"İstəyirəm biləsiniz ki, yayılan xəbərlər yalandır. Deyirlər ki, yeni albom üçün studiyaya girirəm. Heç vaxt musiqi sənayesinə qayıtmayacağam" deyə, müğənni vurğuladı.
Britni əlavə edib ki, nə vaxtsa sadəcə əyləncə üçün yeni mahnı yaza bilər.
İndi Britni uzun məhkəmə çəkişmələrindən sonra ailəsi ilə münasibətləri bərpa etməklə məşğuldur. Ulduz illərdir ünsiyyətdə olmadığı anası və qardaşı ilə artıq barışıb, lakin atasını hələ də bağışlamayıb.