Infoteka.az
Siyasət

Azərbaycan həqiqətləri Prezidentimizin uğurlu siyasəti nəticəsində dünya ictimaiyyətinə çatdırıldı

Tarix boyu Azərbaycan torpaqları yadellilərin xüsusilə ermənilərin maraq dairəsində olmuşdur. Onlar həmişə bizim ərazilərə göz dikmiş, 1992-ci ildən Azərbaycan torpaqlarının işğalına başlamışlar. Bu işğallar nəticəsində Azərbaycan torpaqlarının 20%-i zəbt olunmuş, əhalisi öz dədə-baba torpaqlarından didərgin düşmüşdür. Bu münaqişəni həll etmək üçün ATƏT-in MİNSK qrupu yaradılmış, lakin bu qurum 30 il ərzində Qarabağ məsələsini həll edə bilməmişdir. 1993-cü il 9 noyabr tarixində Avropa Birliyi Dağlıq Qarabağa dair bəyənat vermiş, işğal olunmuş ərazilərdən erməni separatçılarının çıxmasını tələb etmişdir. Minsk qrupu yarandığı vaxtdan etibarən münaqişənin nizamlanması, tənzimlənməsi sahəsində heç bir iş görmədi. Nəhayət ki, 2020-ci il sentyabrın 27-də ATƏT-in MİNSK qrupunun görmədiyi işi Azərbaycan Respublikasının Prezidenti və Azərbaycanın məğlubedilməz ordusu bu yerinə yetirdi.

Prezidentimizin həm hərbi sahədə, həm də diplomatiya sahəsində uğurlu siyasət aparırdı. Müharibənin iki ildir qurtarmasına baxmayaraq o, bütün sammitlərdə Azərbaycanı uğurla təmsil edir, Azərbaycanın həqiqətlərini bütün dünyaya çatdırır. Belə sammitlərdən biri 2022-ci ildə Astanada keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclası idi. Bu iclasda Asiya platforması üzvlərinin bir-biri ilə qarşılıqlı əlaqəsi əsas yer tuturdu. Müşavirədə 27 üzv ölkələr  iştirak edirdi. Sammitdə separatçılıq pislənilir, MDB ölkələri arasında iqtisadi əlaqələr əsas yer tuturdu.

Sammitdə çıxış edərkən cənab Prezident, Azərbaycan Ermənistan arasında müharibədən sonrakı vəziyyətdən, mina terroru və snayper terrorunun davam etməsindən danışmış və dünya ölkələrinin buna göz yummasını pisləmişdir. MİNSK qrupunun fəaliyyətinin yarıtmaz olduğunu söyləmişdir. O, Ermənistanın yenə də sentyabr ayında Azərbaycana qarşı silahlı qarşıdurmasını pisləmiş, bunun terror olduğunu bir daha vurğulamışdır. Eyni zamanda Fransanın Azərbaycana qarşı təxribat xarakterli bəyanatlarını pisləmişdir. Fransanın dünya ictimaiyyətini çaşdırmağa səy göstərməsi heç də bizim ölkənin gözdən salınması demək deyildir. Bütün dünya tərəfindən Qarabağın Azərbaycanın tərkib hissəsi olması tanınıb, Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək ərazi bütövlüyümüzü güc hesabına bərpa etmışdir. Fransada Parisdəki səfirliyimizə iki dəfə basqını, Ermənistanın Azərbaycanın Livandakı və ABŞ-kı səfirliyinə basqınları xüsusilə vurğulanmış və pislənilmişdir. Sammitdə həm də hər hansı bir ölkə separatçılıq törədərsə həmin ölkəni digər ölkələrin dəstəkləmədiyi xüsusilə vurğulandı.

Azərbaycan Qazaxıstan arasında iqtisadi, hərbi sahədə əlaqələrin genişləndirilməsi əsas yer tutur. Mərkəzi Asiya, Türkdilli ölkələrin dostluq əlaqələri vurğulandı. Noyabr ayında Türkdilli olkələrin sammitinin keçirilməsi gözlənilir.

Səmərqənddə, Praqada, Astanada Azərbaycan həqiqətləri Prezidentimizin uğurlu siyasəti nəticəsində dünya ictimaiyyətinə çatdırıldı.

 

Mehriban Məmmədova

Suraxanı rayonu P.İsmayılov adına 278 nömrəli  tam orta məktəbin tarix müəllimi

Infoteka.az