Əməkdar artist Gülbahar Şükürlü bu gün Buzovna qəsəbəsindəki "Əli ayağı" qəbiristanlığında dəfn olunacaq.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hazırda mərhumun Buzovnadakı evində vida mərasimi keçirilir: "Vida mərasimindən sonra cənazə dəfn olunmaq üçün Əli ayağı qəbiristanlığına aparılacaq".
Qeyd edək ki, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü uzun sürən xəstəlikdən sonra dünən vəfat edib.