Infoteka.az
Siyasət

28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir

Oktyabrın 14-də Astanada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iclasda iştirak etmişdir.

Dövlət Başçısı iclasda çıxış edərək 28 il ərzində Minsk Qrupunun nəticələrinin sıfıra bərabər olduğunu qeyd etmiş, bu qurumun başlıca məqsədinin münaqişənin nizamlanması yox, onun dondurulması olduğunu vurğulamışdır. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib. Münaqişədən sonrakı vəziyyət müxtəlif cür inkişaf edir. Sentyabrda Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalar baş verdi. Bu silahlı toqquşmaların səbəbləri Azərbaycana qarşı aparılan terrordur. Mina terroru və snayper terroru davam edir. İkinci Qarabağ savaşı başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Azərbaycan Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb. Rusiyanın vasitəçilik fəaliyyəti nəticəsində silahlı toqquşmalar dayandırıldı.

Oktyabrın 6-da “Avropa siyasi birliyi “nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistan baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olundu. Görüşün nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mulki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına ehtiyac yoxdur. Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə baxmayaraq, Fransanın Azərbaycan və Ermənistan münasibətlərə heç bir aidiyyatı yoxdur. Fransanın xarici işlər naziri Azərbaycanın əleyhinə yalan bəyanatlar verib. Fransa Senatı və aşağı palata kimi İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul ediblər.

Noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır. Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edildi. Azərbaycan səfirliyinə hücum edən özündən çıxmış radikalların izdihamı oldu. Bu qətiyyən yolverilməzdir və bütün diplomatik konvensiyaların pozulması deməkdir. Ermənistan tərəfindən Azərbaycanın Livandakı və ABŞ- dakı səfirliklərinə qarşı təxribatlar törədilib. Sonuncu təcavüz aktının, terrorun da Azərbaycanın ABŞ-dakı səfirliyinin avtomobilinə odlu silahdan atəş açılmasının görüntüləri var. On min kvadratkilometr ərazidə demək olar ki, salamat bina qalmayıb. 67 məsciddən 65-i erməni vandalizmi nəticəsində dağıdılıb.

2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə üçtərəfli Bəyanat qəbul edilib. Azərbaycan Bəyanatın bütün müddəalarını yerinə yetirsə də, Ermənistan tərəfi icra etmir. 2020-ci il noyabr Bəyanatı yerinə yetirilməsə bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq.

QARABAĞ AZƏRBAYCANDIR və Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək.

 

Qurbanəli İslamov

Suraxanı RİHB-nin Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Vətən müharibəsi qazisi

Infoteka.az