ABŞ dövlət katibi Entoni Blinken Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə görüşüb.
Bu barədə Blinken "X" hesabında paylaşım edib.
"NATO müttəfiqi kimi güclü əməkdaşılığımızı və münasibətlərimizi müzakirə etdik", - deyə qeyd olunub.
Vurğulanıb ki, Yunanıstanın regional məsələlərdə liderliyi, o cümlədən Ukraynaya yardım və Qırmızı dənizdə naviqasiya sistemlərinn gücləndirilməsi səyləri qiymətləndirilib.