Infoteka.az
Dünya

Viktor Orban Aİ Şurasının müvəqqəti sədri olacaq?

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel vaxtından əvvəl, daha doğrusu iyulda vəzifəsini tərk edə bilər. Belə olan halda Aİ liderləri onu əvəz edəcək namizəd barədə tez bir zamanda razılığa gəlməli olacaqlar.

Bu barədə informasiyanı “Politico” nəşri yayıb.

Mənbə yazır ki, əgər onlar razılığa gələ bilməzsə, sədrlik 2024-cü ilin iyulundan dekabrına qədər Macarıstanın Baş naziri Viktor Orbana keçəcək. 

Infoteka.az