Infoteka.az
Dünya

Beyrutda hava limanı kiberhücuma məruz qalıb

Livanın paytaxtı Beyrutun Rafik əl-Həriri hava limanı kiberhücuma məruz qalıb.

Bu barədə “Arab News” məlumat yayıb.

Məlumatda deyilir ki, hakerlər hava limanı terminalının kompüter sisteminə daxil olaraq bütün monitorlarda mesaj yayımlayıblar. Onlar ölkəni İsrail-HAMAS münaqişəsinə qoşulmamağa çağırıb. Belə bir hal olarsa, nəticələrinin ağır olacağı ilə hədələyiblər.

Qeyd olunub ki, hadisəni törədən və “Allahın Əsgərləri” qrupunun adından fəaliyyət göstərən haker saxlanılıb.

Infoteka.az