Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 10-da hava şəraitinin dəyişəcəyi, qısamüddətli güclü şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-28 m/s, gecə yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Gündüz tədricən zəifləyəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
"infoteka.az"-a bildirilib ki, əsasən axşam saatlarında arabir yağıntılı olacağı, bəzi şəhərətrafı ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enərək, gecə və gündüz saatlarında 5 dərəcəyədək isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 10-u dağlıq ərazilərdən başlayaraq hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, yanvarın 12-dək arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) intensiv olacağı ehtimalı var.
Qərb küləyi 15-20 m/s, əsasən dağlıq və dağətəyi rayonlarda arabir 25-30 m/s-dək güclənəcək.
Əsasən axşam saatlarında arabir yağıntılı olacağı, bəzi şəhərətrafı ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enərək, aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlıq rayonlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
Yanvarın 11-də gecə bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.