Infoteka.az
Dünya

KİV: Polşa “Şimal axını”nda təxribatla bağlı təhqiqata mane olmağa çalışıb

Polşa Baltik dənizində Rusiya qazının nəql olunduğu “Şimal axını” və “Şimal axını -2” qaz kəmərlərinin partladılması ilə bağlı təhqiqatlara mane olmağa çalışıb.

Bu barədə “The Wall Street Journal” (WSJ) işdə iştirak edən avropalı müstəntiqlər arasında olan mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazır ki, Varşava istintaq üçün “potensial kritik sübut” təqdim etməkdən imtina edib və boru kəmərini partlatmaqda şübhəli bilinən şəxslərin ölkə daxilində hərəkəti ilə bağlı məlumatları gizlədib. 

Qəzet yazır ki, eyni zamanda, baş nazir Mateuş Moravetskinin başçılıq etdiyi Polşanın keçmiş hökumətinin təxribatda iştirak edib-etmədiyi sualına hələ də rəsmi cavab verilməyib.

Infoteka.az