“Azərbaycanın sənaye zonalarında fəaliyyət göstərən avtomobil istehsalı müəssisələrində müsbət dinamika müşahidə edilir”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşım edib.
O bildirib ki, sənaye zonalarında ilk avtomobil istehsalına 2018-ci ildə başlanılıb, həmin il 712 ədəd avtomobil istehsal edilmişdisə, 2023-cü ildə bu rəqəm 4 233 təşkil edib. Bu, ötən illə müqayisədə təqribən 109% artım deməkdir.
İqtisadiyyat