Infoteka.az
Sosial

Bakı metrosundan gündəlik istifadə 2 dəfədən çox artacaq

2040-cı ildə Bakı metrosundan gündəlik istifadə edən sərnişinlərin sayı 2023-cü ilə nisbətən 2,3 dəfə artacaq.

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Sənədə əsasən, 2040-cı ildə metro ilə illik orta hesabla 499,3 milyon səfər (gündəlik orta hesabla 1,37 milyon səfər) gözlənilir.

Qeyd edək ki, 2023-cü ildə 198,2 milyon səfər həyata keçirilib (gündəlik orta hesabla 601 min səfər).

2027-ci ildə isə metro vasitəsilə illik 332,4 milyon səfərin (gündəlik orta hesabla 910,8 min səfər) həyata keçirilməsi nəzərdə tutulur.

Nəqliyyat sistemi ilə bağlı planlaşdırma həllərində digər təkmilləşdirmələrlə yanaşı, ictimai nəqliyyat sisteminin inkişafının təşviq edilməsi Baş planın əsas hədəflərindən biridir.

Ümumilikdə 2040-cı ildə əsas nəqliyyat vasitəsi kimi ictimai nəqliyyatdan istifadə edən sakinlərin xüsusi çəkisi 50 % olacaq.

Infoteka.az