Futbol dünyasının əfsanəvi oyunçularından hesab edilən almaniyalı Frans Bekkenbauer 78 yaşında vəfat edib.
Bu barədə Almaniya mətbuatında məlumat yayılıb.
Qeyd edək ki, Bekkenbauer Almaniya millisinin tərkibində 1974-cü ildə dünya çempionu və 1972-ci ildə Avropa çempionatının qalibi olub.
Bekkenbauer futbol tarixinin ən yaxşı müdafiəçilərindən biri hesab olunur. O, iki dəfə - 1974 və 1976-cı illərdə müdafiəçi kimi "Qızıl top"u qazanan yeganə oyunçudur.