Avropada qazın qiyməti bugünkü hərracın yekunlarına əsasən iyunun 15-dən bəri ilk dəfə 1000 kubmetr üçün təxminən 1 250 dollara düşüb.
İnfoteka.az xəbər verir ki, bu barədə ICE London Fond Birjasının məlumatında qeyd olunub.
Niderlandın TTF habında noyabr fyuçerslərinin qiyməti 1 000 kubmetr 1 253 dollara və ya MVt/saat üçün 123,165 avroya düşüb (hazırkı avro-dollar məzənnəsinə əsasən, ICE qiymətləri MVt/saat üçün avro ilə təqdim olunur).
Gün ərzində qazın qiymətində ümumi azalma 13 %-i ötüb.
Qiymətin azalması Aİ-də qaz ehtiyatlarının maksimuma yaxınlaşması, regionda nisbətən isti hava şəraitinin bərqərar olması və elektrik enerjisi istehsalında küləyin orta payının əhəmiyyətli dərəcədə artması ilə bağlıdır.