Infoteka.az
Hərbi

Ukraynada vəziyyət yenidən gərginləşdi

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, cəbhə bölgəsi istisna olmaqla son 24 saat ərzində Kiyev də daxil olmaqla Ukraynanın bütün ərazisində səhərə kimi sakitlik müşahidə olunub:

“Bir sutkalıq sakitlik səhər saatlarında pozulub. Hazırda bütün Ukrayna üzrə kütləvi hava həyəcan siqnalı verilib. Bildirilib ki, şimaldan və şərqdən Ukraynanın bütün ərazilərinə hərbi təyyarələrlə hücumlar edilir. Yerli hakimiyyət orqanları əhalini sığınacaqlara çağırır”.

Qeyd edilib ki, cəbhə bölgəsində, əsasən də Xerson, Xarkov və Donetsk vilayətləri istiqamətində vəziyyət gərgin olaraq qalır. 

Infoteka.az