Infoteka.az
Dünya

İtaliya elektrik enerjisi çatışmazlığı səbəbindən istehsalı dayandıra bilər

Hazırkı ətraf mühitin modernləşdirilməsi naziri Roberto Çinqolani tərəfindən hazırlanan fövqəladə enerji qənaət planı ilə İtaliya dekabr ayından gələn fevral ayına qədər hasilatı 30 gün müddətinə dayandıra bilər.

İnfoteka.az xəbər verir ki, bu barədə “Il Messaggero” qəzeti məlumat yayıb.

Bu tədbir Rusiya qazının nəqlinin dayandırılması halında nəzərdə tutulub. Material müəllifləri xatırladıblar ki, bu tədbir Aİ-nin enerji resurslarına qənaət üzrə ümumi xətti çərçivəsindədir və ittifaq ölkələrinə xüsusi xəbərdarlıq edildikdən sonra mütləq qüvvəyə minəcək.

Rusiya qazının tədarükünün dayandırılması halında nazirliyin əvvəllər nəzərdə tutduğu tədbirlər kifayət etməyəcək və hasilatın dayandırılması planı qaçılmazdır. Qəzetin qeyd edib ki, Rusiyadan qaz yeni ilə qədər davam edərsə, heç bir xüsusi problem olmamalıdır.

Infoteka.az