Infoteka.az
İdman

“Neftçi” Almaniya klubu ilə qarşılaşacaq

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin növbəti rəqibi müəyyənləşib.

Klubdan verilən məlumata görə, “ağ-qaralar” ikinci yoxlama oyununda Almaniyanın III Liqa təmsilçisi “Sportverein Valdhof” komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, “Neftçi” Antalyadakı ilk oyununda Türkiyənin “Ərzurumspor” klubuna 1:3 hesabı ilə məğlub olub.

Infoteka.az