Infoteka.az
Hadisə

Baydenin oğlu özünü vergidən yayınmada təqsirli bilməyib

ABŞ prezidentinin oğlu Hanter Bayden 1,4 milyon dollar vergidən yayınmaq ittihamını qəbul etməyib.

Bu barədə NBC telekanalı məlumat yayıb.

Eyni zamanda, oğul Bayden Kaliforniyanın Los-Anceles şəhərində keçirilən məhkəmə iclasında şəxsən iştirak edib.

Dövlət ittihamçıları hesab edirlər ki, Amerika prezidentinin oğlu bu məbləği və daha çox milyonlarla dolları vergi ödəmədən “ekstravaqant həyat tərzinə” xərcləyib.

İttiham tərəfi Baydenə 17 il həbs cəzası tələb edir.

Infoteka.az