ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin mart müqaviləsinin dəyəri 2,05% artaraq 1 barelə görə 79 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevral ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 2,14% artaraq 73,56 dollar olub.