Infoteka.az
İqtisadiyyat

Türkiyə Azərbaycana 14 milyon manat qrant VERƏCƏK

25 dekabr 2023-cü il tarixində Ankarada imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Qrant Sazişi” qüvvəyə minib. 

Bununla bağlı məlumat “Resmi Gazete”də dərc olunub. 

Saziş Türkiyə Xəzinədarlıq və Maliyyə Nazirliyi və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında imzalanıb. 

Müqaviləyə əsasən, Türkiyə “Türkiyə-Azərbaycan Beynəlxalq Meşə Tədris Mərkəzi və Fidanlıq Təsərrüfatı” layihəsi çərçivəsində Azərbaycana 250 milyon TL-yə (14 175 000 AZN) qədər qrant verəcək. 

Infoteka.az