Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində ölənlərin sayı 13-ə çatıb, onlardan üçü uşaqdır.
İnfoteka.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, qəza nəticəsində yaralananların sayı 19 nəfər olub.
Məlumata görə, hadisə yerində xilasetmə-axtarış işləri başa çatıb.