Infoteka.az
Dünya

Sorğu: Almanların əksəriyyəti Şoltsdan narazıdır

Almaniya vətəndaşlarının 70%-dən çoxu ölkənin federal kansleri Olaf Şoltsun işindən narazıdır.

INSA institutunun keçirdiyi sorğuya əsasən, kanslerin ​​fəaliyyəti almanlar tərəfindən “xüsusilə yarıtmaz” kimi qiymətləndirilir. Respondentlərin 72%-i kanslerin işini bəyənmədiyini bildirib. Halbuki dekabrın əvvəlində onların sayı 3% az olub.

Şoltsdan razı qalanların sayı da 3% azalıb. Son sorğuya görə, Almaniyada belələrinin sayı respondentlərin 20%-ni təşkil edib.

Eyni zamanda, ölkənin Nazirlər Kabinetinin ümumi işindən daha çox insan narazıdır - 76%. Respondentlərin yalnız 17%-i hökumətin işini bəyənir ki, bu da 2021-ci ilin dekabrında yaradılan kabinet üçün ən aşağı göstəricidir.

Infoteka.az