Infoteka.az
Texnologiya

“OpenAI” öz texnologiyalarını hərbi məqsədlər üçün açıb

“OpenAI” şirkəti “ChatGPT” kimi texnologiyalarının hərbi məqsədlər üçün istifadəsinə qismən icazə verib.

Əvvəllər şirkətin siyasətində onun məhsullarının potensial fiziki zərər verə biləcək məqsədlər üçün istifadəsini qadağan edən bənd var idi. Xüsusilə, burada ordunun öz silahlarını yaratmaq üçün “OpenAI” texnologiyalarından istifadəsinə məhdudiyyət tətbiq edilmişdi.

Sənədin 10 yanvar 2024-cü il tarixli yeni redaksiyasında silah yaradılmasına qadağa saxlanılıb, lakin “hərbi məqsədlər” ifadəsi çıxarılıb. Bu yolla “OpenAI” faktiki olaraq müvafiq orqanlara onun texnologiyalarından başqa vəzifələr üçün istifadə etməyə icazə verib.

Şirkət izah edib ki, dəyişikliklər siyasətin “daha ​​aydın” və “daha ​​oxunaqlı” olması üçün edilib. “OpenAI” nümayəndəsi vurğulayıb ki, onların texnologiyasından silah yaratmaq üçün istifadə etmək hələ də qadağandır.

Infoteka.az