Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş verən yanğın söndürülüb.
Bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, saat 11:54 radələrində yanğınla bağlı məlumat daxil olub. Ərazi üzrə 3 yanğın bölməsi hadisə yerinə çatıb:
"Bakı qarnizonu 2 saylı çağırışla əraziyə cəlb edilib. Sahəsi 13 min kvadratmetr olan istehsal sexinin 2750 kvadratmetrlik sahəsi dağıntılara məruz qalıb və ərazidə yanğın baş verib. Axtarışlar zamanı 3 nəfərin cəsədi dağıntılar arasında tapılıb, 3 nəfər xilas edilib. Hadisə yerində istintaq qrupu tədqiqat işləri aparır".