“Abzas Media” saytının əməkdaşı Elnarə Qasımova barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Bu gün Xətai rayon məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qəbul olunub.
Qərara əsasən, Elnarə Qasımova barəsində 2 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, “Abzas Media” işi üzrə bundan əvvəl saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov və jurnalist Nərgiz Absalamova qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.