Infoteka.az
Siyasət

Kreml: Rusiyasız Ukraynada “sülh formulu"nun perspektivi yoxdur

Ukraynada “sülh formulu”nun Rusiyanın iştirakı olmadan müzakirəsinin perspektivi yoxdur.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Ukraynada “sülh formulunun” Rusiyasız müzakirəsi mümkündür, lakin bunun perspektivi yoxdur.

Kremlin sözçüsü qeyd edib ki, İsveçrənin Davos şəhərində Ukrayna prezidenti Vladimir Zelenskinin “sülh formulu” ilə bağlı görüşləri söhbət xatirinə söhbətdir, bu görüşlər nəticə əldə etməyə istiqamətlənə bilməz.

Infoteka.az