Suriyanın şimalındakı Həsəkə əyalətindəki ABŞ-nin Hemo hərbi bazası boşaldılır.
Bu barədə İranın “Tasnim” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Buna səbəb İraq müqavimət qruplarının təkrar hücumları səbəb olub.
Yanvarın 16-da İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, İraq və Suriyadakı hədəflərə 20-dən çox ballistik raket atılıb.
Əməliyyat çərçivəsində İran hərbçiləri 24 müxtəlif tipli ballistik raketdən istifadə edib.