Infoteka.az
Sosial

Ağdam, Laçın və Cəbrayılda “ASAN xidmət” mərkəzləri qurulacaq

İşğaldan azad olunmuş ərazilərdə “ASAN xidmət”lə əlaqədar mərkəzlərin qurulması üçün Dövlət Agentliyi tərəfindən 7 rayonda təhlillər aparılıb. 

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yanvarın 16-da Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışı zamanı bildirib.

O qeyd edib ki, təhlillər nəticəsində proqnozlaşdırılan müraciət sayı və əlverişli coğrafi mövqeyə uyğun olaraq Ağdam, Laçın və Cəbrayıl rayonlarında “ASAN xidmət” mərkəzlərinin qurulmasının məqsədəuyğunluğu müəyyənləşdirilib. 

Eyni zamanda, hazırda Şuşa şəhərində də “ASAN xidmət”in binasının inşası davam etdirilir.

Qeyd edək ki, hazırda ölkəmizdə 26 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. 

Infoteka.az