Infoteka.az
Siyasət

XİN: “Açıq ikiüzlülük: Ermənistan Yanvar faciəsi ilə bağlı faktları təhrif edir”

Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə Ermənistan XİN-in iddialarına cavab verib.

A. Hacızadə bu barədə rəsmi “X” hesabında paylaşım edib.

“Açıq ikiüzlülük: Ermənistan Yanvar faciəsi ilə bağlı faktları təhrif edir. Azərbaycanı deportasiya və etnik təmizləmədə ittiham etmək absurd olmaqla yanaşı, həm də Ermənistanın azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasətini ört-basdır etmək cəhdidir”, – deyə diplomat qeyd edib.

Infoteka.az