“ABŞ və Avropa İttifaqının (Aİ) köməyi olmadan da Rusiya Ukraynanı ələ keçirə bilər. Lakin bunun Rusiya üçün müəyyən nəticələri olacaq”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində keçirilən yekun konfransda çıxışı zamanı bildirib.
Zelenski Qərbi “kömək etməklə təcrübə toplamamağa” çağırıb:
“İnanın ki, Ukraynanı ələ keçirən kimi, bu, NATO ilə Rusiya Federasiyası arasında müharibəyə gətirib çıxaracaq. Düşünürəm ki, açığı, Rusiya Prezidenti Vladimir Putin də məhz bunu istəyir”.