Infoteka.az
Dünya

Almaniya Ukraynaya 7 milyard avroluq hərbi yardım paketi göndərəcək

Almaniya hökuməti 2024-cü ildə Ukraynaya 7 milyard avrodan çox hərbi yardım göstərəcək.

Bu barədə Almaniya hökumətinin bəyanatında bildirilib.

Yardım paketinə 1 ədəd LEOPARD əsas döyüş tankı üçün döyüş sursatı, partlayıcı sursatların zərərsizləşdirilməsi üçün materiallar, 25 ədəd RQ-35 HEIDRUN kəşfiyyat aparatları, 50 ədəd SatCom rabitə terminalı, sərhəd təhlükəsizliyi üçün 5 avtomobil, 1840 ədəd döyüş dəbilqəsi, 500 ədəd LED lampalar, 3 ədəd avtonəqliyyat vasitəsi (yük maşınları, mikroavtobuslar, relyef avtomobilləri), 16 ədəd Zetros yük maşınları daxildir.

Infoteka.az