İtaliya millisinin sabiq futbolçusu Daniele De Rossi “Roma”nın yeni baş məşqçisi olub.
Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
40 yaşlı mütəxəssisin müqaviləsinin müddəti iyunun 30-dək nəzərdə tutulub. O, bu gün istefaya göndərilmiş portuqaliyalı Joze Mourinyonu əvəzləyib. De Rossi 2001-2019-cu illərdə “Roma”nın formasını geyinib.
İdman