Infoteka.az
Siyasət

Rusiya Dövlət Duması Azərbaycanda keçiriləcək seçkiyə müşahidəçilər göndərəcək

Rusiya Dövlət Duması Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisinin monitorinqində iştirak etmək üçün nümayəndə heyəti göndərəcək.

Bu barədə Dumanın MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin rəhbəri Leonid Kalaşnikov məlumat verib.

Kalaşnikov qeyd edib ki, artıq bununla bağlı müvafiq qərar təsdiqlənib.

Infoteka.az